SON XƏBƏRLƏR

16-17 oktyabr tarixində “İcma quruculuğunda qadın və qızların iştirakçılığının artırılması” layihəsi çərçivəsində “Gender, gender əsaslı ayrı-seçkilik və qadın hüquqları üzrə gənclərin maarifləndirilməsi” mövzusunda təlim keçiriləcək. Bu haqda məlumatı bu gün, 15 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.

Təlim Masallı GİKM-in əməkdaşı Aynur Tağıyeva, Astara GİKM-in könüllüləri Nigar Əbilova və Rəna Əzizova tərəfindən keçiriləcək.

Təlimdə fasilitatorlar:

  • Nifrət nitqi və fikir azadlığının fərqi;
  • Gender bərabərsizliyi;
  • Zorakılıq və onun növləri;
  • Gender əsaslı zorakılıq;
  • Qadın hüquqları.

Qeyd edək ki, layihə Avropa Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və GİKM-in Astara nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeydiyyat üçün link: https://forms.gle/tHM2eXriPRxqsMgD8