Astara rayon Heydər Əliyev Mərkəzində Nizami Gəncəvinin 880 illik yubileyi keçirilib. Bu haqda məlumat M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsində verilib.
“Nizami Gəncəvi İli dahi şairin bəşəriyyətə verilən misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılacaqdır” mövzunda keçirilən tədbir və sərgidə məktəbin müəllim və IX sinif şagirdləri iştirak ediblər.
Daha sonra Nizami Gəncəvinin “Zalım şah və düz danışan qoca” səhnəsini təqdim edilib.
Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə təşkil olunmuş sərgiyə baxıblar.

