Astara Gənclər Evində Beynəlxalq Könüllülər gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə Astara rayon turniri keçirilib. Bu haqda məlumatı bu gün, 10 dekabr tarixində Astara rayon Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsi verib.
14-29 yaşlı gənclər arasında keçirilən yarışda “Aristokratlar”, “Güvən”, “Lider” və “Ulduz” komandaları mübarizə aparıblar.
I yerə Astara rayon Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət olan “Aristokratlar”, II yerə isə Astara Pedaqoji Kollecinin tələbələrindən ibarət “Güvən” komandaları layiq görülüblər.
Fəxri yerləri qazanan komandalara diplom və hədiyyələr təqdim olunub. Sonda birgə xatirə şəkilləri çəkilib.