SON XƏBƏRLƏR

Astarada Peşə Təmayüllü siniflər layihəsinin qrup rəhbəri gənclərə peşə təhsilinin faydaları haqda danışacaq. Bu haqda məlumat bu gün, 23 noyabr tarixində Astara Gənclərinin rəsmi İnstagram hesabında paylaşılıb.

“Mənim peşəm, mənim gələcəyimdir” layihəsi bu səfər Astara rayon Ərçivan qəsəbəsinin 1 saylı orta məktəbində reallaşacaq.

“Peşə təhsili bizə nə qazandırır?” mövzusu altında keçiriləcək görüşün qonağı Astara “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinin qrup rəhbəri Sevinc Qurbanova olacaqdır.

Astara GİKM tərəfindən təşkil olunan tədbir 25 noyabr saat 14:00-da keçiriləcək.

Sevinc Qurbanova gənclərə peşə təhsilinin gənclərə faydaları, düzgün peşə seçimi, Peşə təhsili və Peşə təmayüllü siniflərin təşkili layihəsi haqqında danışacaq.