SON XƏBƏRLƏR

Astara şəhərində gənclər üçün əməli yazı nümunələrinin düzgün yazılış qaydaları öyrədiləcək. Bu haqda məlumat bu gün, 6 yanvar tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüş 7 yanvar saat 15:00-da “Azərbaycan Gənc Müəllimlər Assosiyası”nın Astara üzrə koordinatoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Firuzə Mirzəzadənin iştirakı ilə baş tutacaq. Ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş və s. sənədlərin yazılış formalarını inkişaf etdirmək istəyən şəxslər Astara GİKM-nin təşkil etdiyi təlimə qoşula bilərlər.

Astara Heydər Əliyev Mərkəzində baş tutacaq təlimin qeydiyyat linki: https://forms.gle/ksjVoxeo3qCEPmDK9