SON XƏBƏRLƏR

Astara şəhərində ilk dəfə olaraq “Gənclərin İnkişaf Forumu” baş tutub. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi paylaşıb.

“Mütaliə etmək inkişafımız üçün nə qədər zəruridir?” mövzusunda baş tutan forumda millət vəkili, tibb elmləri doktoru Rəşad Mahmudov, millət vəkili, fəlsəfə doktoru Etibar Əliyev və Təhsil Nazirliyi yanında İctimai Şuranın məhsul katibi İlqar Orucov iştirak ediblər.

Forumda İkinci Qarabağ müharibəsindəki zəfərimizdən danışılıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonda “1 kitab=1 gələcək” layihəsinə dəstək üçün 200-dən çox kitab hədiyyə olunub.