SON XƏBƏRLƏR

Astarada şəhid ailələrinin üzvlərinə və qazilərə oftalmoloji xidmət göstəriləcək. Bu haqda bu gün 27 oktyabr tarixində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin rəsmi Facebook səhfəsində paylaşılıb.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yol Səyyar Klinikası Astara şəhərində aksiya keçirəcək. 31 oktyabr – 1 noyabr tarixlərində keçirələcək aksiyada müayinə və cərrahiyyə əməliyyatları aparılacaq.

Aksiyada iştirak etmək istəyən şəhid ailələlərinin üzvləri və qazilər dəmir yol stansiyasına yaxınlaşa bilərlər.