Astarada “Heydər Əliyev və Azərbaycan gəncliyi” devizi altında yeniyetmə və gənclər arasında müsabiqə elan olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 yanvar tarixində verir.
Müsabiqədə iştirak etmək üçün şərtlər:
- iştirakçı 2-dən artıq əl işini qeydiyyatdan keçirə bilməz;
- iştirakçı ad, soyad, ata adı, doğum tarixini və qoşulduğu regionu mütləq qeyd etməlidir;
- əl işində quaş boya, akril və akvarel boya, HB qələm və s.istifadə etmək olar;
- əl işi 31 yanvaradək təhvil verilməlidir;
- müsabiqəyə qoşulmaq üçün əl işinin fotosunu (050) 758-10-68 nömrəsinin WhatsApp tətbiqinə və ya [email protected] elektron ünvanına şəxsi məlumatları daxil etməklə göndərə bilərsiniz.
Müsabiqədə ideyası və rəng tonu ilə seçilən əl işi qalib seçiləcək. Qalib olan və ya fərqlənən iştirakçı diplom və hədiyyə ilə təltif olunacaq.
Qeyd edək ki, müsabiqə Astara Dövlət Rəsm Qalereyasının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək və “Heydər Əliyev ili”nə həsr olunacaq.