SON XƏBƏRLƏR

Astarada gənclərin gender bərabərliyi mövzusunda maarifləndirilməsi üçün təlim keçirilib. Bu haqda bu gün, 26 oktyabr tarixində Astara GİKM-nin rəsmi Facebook səhifəsində paylaşılıb.

Layihə Avropa Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə “Gender, gender əsaslı ayrı-seçkilik və qadın hüquqları” haqda ətraflı müzakirələr aparılıb.

Həmçinin gənclərə “Nifrət nitqi və fikir azadlığının fərqi”, “Gender bərabərsizliyi”, “Zorakılıq və onun növləri”, “Gender əsaslı zorakılıq” və “Qadın hüquqları” barəsində məlumatlar verilib.