Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi həftəlik planı təqdim edib. Bu haqda mərkəzin rəsmi İnstagram səhifəsində paylaşılıb.
Həmişə olduğu kimi mərkəzdə gəncləri həftə ərzində əyləncəli və maarifləndirici tədbirlər gözləyir.
13 sentyabr saat 14:00-da “İntellektual klub” bilik yarışı keçiriləcək.
14 sentyabr tarixində mərkəz tərəfindən basketbol üzrə “İdman klubu” keçiriləcək. İdman tədbiri saat 15:00-da baş tutacaq.
16 sentyabr tarixində mərkəz tərəfindən 2 tədbirin keçiriləcəyi gözlənilir. İlk olaraq saat 11:00-da Elmar Şahbazovun iştirakı ilə “Ədiblərimiz” adlı görüş keçiriləcək. Saat 15:00-da isə “Rus dili danışıq klubu” baş tutacaq.
17 sentyabr saat 11:30-da “İngilis dili danışıq klubu” keçiriləcək. Mərkəzin təşkilatçılığı ilə həmin gün saat 15:00-da “Mədəniyyət klubu” adlı tədbir baş tutacaq. O.Kazımi adına Astara şəhər uşaq musiqi məktəbinə ekskursiya olacaq.