SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzi Astara nümayəndəliyi gənclərin könüllü olmağı barəsində görüş keçirəcək. Bu haqda məlumat Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gəncdən gəncə” layihəsi çərçivəsində keçiriləcək görüşdə mərkəzin könüllüsü, Lənkəran Dövlət Universitetinin tələbəsi Nigar Əbilova könüllü olmağın ona qazandırdığı uğurlardan danışacaq.

Görüş 3 fevral saat 15:00-da Astara Heydər Əliyev Mərkəzində keçiriləcək. İştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/RXSzSTxJpqc3p5AV9