SON XƏBƏRLƏR

Astarada fotoqraf bacarıqlarını yoxlamaq istəyənlər üçün müsabiqə keçiriləcək. Bu haqda bu gün, 12 oktyabr tarixində Astara rayon Gənclərin İnkişafı və Karyera mərkəzinin rəsmi Facebook hesabında paylaşılıb.

“Könüllü fotoqraf” müsabiqəsində iştirak etmək istəyənlər telefon və ya fotoaparat vasitəsi ilə tarixi, milli-mədəni abidələr və gündəlik həyat tərzinin əks etdiriən şəkilləri göndərmək lazımdır.

Fotolar mərkəz tərəfindən müəyyənləşdirilmiş qaydalara əsasən çəkilməlidir:

  • Horizontal şəkildə çəkilməli;
  • Aydın və keyfiyyətli olmalı;
  • Şəhərimizin, ölkəmizin müxtəlif məkanları və gündəlik həyat tərzini əks etdirməli;
  • Mail ünvanına ([email protected]) ad, soyad və əlaqə vasitələri qeyd olunmaqla göndərilməlidir.

Göndərilən fotolar mərkəzin rəsmi İnstagram hesabının hekayə bölməsində səs verməyə çıxarılacaq.

Müraciət üçün son tarixi 15 oktyabr olan müsabiqə 5 gün davam edəcək. Ən çox reaksiya alan paylaşım qalib sayılacaq.

İnternetdən götürülən fotoların müsabiqədə iştirakı qadağandır.

Müraciət etmək istəyənlər mərkəzin İnstagram hesabına müraciət edə bilərlər: @astaragencleri_

Dünyaca məşhur aşpaz
Sizi maraqlandıran

Dünyaca məşhur aşpaz Masallıda hind quşu ləvəngisi bişirdi

Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir. “Azərçay”ın dəstəyi ilə Novruz