SON XƏBƏRLƏR

Astara rayonunda 45 hektar ərazidə avokadonun, 10 hektar ərazidə isə yeni limon sortlarının yetişdirilməsi üçün bağ salınır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində Marja.az-a istinadən verir.

“Azorganik” Kənd Təsərrüfatı Kooperativinin sədri Faiq Osmanlı bildirib ki, bu bağ “Azorganik”in İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə aldığı 1 milyon manat güzəştli kredit hesabına salınır.

Sahibkar deyir ki, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü.

“Bəzi meyvələr, məsələn: banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir. Buna görə də bizim layihəmiz iki mərhələdən – açıq ərazidə və istixana şəraitində bağların salınmasından ibarət olacaq. İlk mərhələnin həyata keçirilməsinə İqtisadiyyat Nazirliyi dəstək göstərib. Layihəmiz uğurla davam edir, artıq avokado və limon bağlarının salınması prosesi yekunlaşıb. Layihəmizin ikinci mərhələsində istixana şəraitində banan, pitaya və papaya meyvələri yetişdiriləcək. Bununla bağlı banklarla və İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparırıq. Layihəmizin ikinci hissəsinə dəstək alsaq, onu çox qısa zaman ərzində həyata keçirə, bu ilin sonunda ilk banan və pitaya məhsullarımızı əldə edə bilərik”.

F.Osmanlının sözlərinə görə, yeni saldıqları bağdan əldə edəcəkləri meyvələrin satışına və ixracına təxminən 3 il sonra başlayacaqlar: “Sadaladığım meyvələrin hamısı ölkəyə idxal edilir. Bu idxalın bir qisminin qarşısını alsaq, ölkədən valyuta çıxmasının da qarşısı müəyyən qədər alınar”.

 

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü