10 sentyabr Bakı şəhərinin işğaldan azad olunmasının 103-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” İntellektual Oyunu üzrə 14-29 yaşlı gənclər arasında Astara rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Astara rayon Gənclər və İdman idarəsi paylaşıb.
Oyun Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi, “Astara” İntellektual İnkişaf Klubu, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin birgə təşkilatçılğı ilə keçirilmişdir.
Yarışın aparıcısı “Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçılara məlumat verdikdən sonra yarış başlamışdır.
Maraqlı mübarizədən sonra I yerə “Narsis” ( Astara könüllüləri), II yerə “Azərlight” (Astara şəhər 1 saylı tam orta məktəb) komandaları layiq görülmüşdülər.
Qalib qələnlərə Astara RGİİ-nin diplomları və hədiyyəsi təqdim edilmişdir.