SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara şəhər M.Ə. Sabir adına 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə məktəbdə “Azərbaycan bayrağı fəxrimiz, vüqarımızdır” mövzusunda tarix dərsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan tarix dərsində “9 Noyabr – Dövlət Bayrağı Günüdür” adlı film nümayiş edilib.

Daha sonra Astara rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova mövzu ilə bağlı geniş məruzə edib və mövzu ətrafında məktəbin müəllim və şagirdləri çıxış ediblər.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin Elektron kitabxnasında saxlanılan kitablar və “Rəssamlıq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.