SON XƏBƏRLƏR

Astara Mərkəzi Xəstəxanasında Ailə həkimi modelinin tətbiqinə başlanılıb. Bu haqda məlumatı Cenublu.az Qafqazinfo-ya istinadən bu gün, 23 iyun tarixində verir.

Poliklinikaların və kənd sahə xəstəxanalarının bazasında ailə sağlamlıq mərkəzləri (ASM) yaradılıb, Ailə həkimi modelinin tətbiqinə başlanılıb.

TƏBİB-dən verilən məlumata əsasən, həyata keçirilən işlərin davamı olaraq bölgələrin kənd məntəqələrində rayon mərkəzi xəstəxanalarından səyyar tibbi briqadalar cəlb edilməklə tibbi müayinələr təşkil edilir.

İlk olaraq Sabirabad, Astara rayon mərkəzi xəstəxanalarının həkimləri (terapevt, pediatr, cərrah və s.) tərəfindən sözügedən rayonların bir sıra kəndlərindəki həkim məntəqələrində vətəndaşların instrumental müayinələri keçirilib.

Məntəqələrə gələ bilməyən vətəndaşların tibbi müayinəsi yaşayış ünvanlarında aparılıb.

Bu cür səyyar tibbi müayinələr davam etdiriləcək.