SON XƏBƏRLƏR

3-4 noyabr Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbində Zəfər Gününə həsr olunmuş 8-10 yaş məktəblilər arasında şahmat turniri keçirilib. Bu haqda məlumatı bu gün, 4 noyabr tarixində Astara Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsi verib.

Turnirdə Astara şəhər 1,2,3,4,5 saylı və Siyəku kənd tam orta məktəblərinin, eləcə də  Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin komandaları mübarizə aparıblar.

Turnirdə I yerə Astara şəhər 2 saylı tam orta məktəb komandası, II yerə Astara şəhər 1 saylı tam orta məktəb komandası, III yerə Astara şəhər 5 saylı tam orta məktəb komandası layiq görülmüşdür. Yarışda şəxsi nəticələrinə görə Səlimzadə Əli (Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbi), Səlimzadə Ramiz (Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbi), Dadaşzadə Zeynalabdin (Astara şəhər 2 saylı tam orta məktəb), Nəcəfzadə Zəhra (Astara şəhər 4 saylı tam orta məktəb), Əliyeva Zəhra (Astara şəhər 5 saylı tam orta məktəb) fərqlənmişlər.

Fəxri yerləri qazanan komandalara və fərqlənən şahmatçılara  Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.