SON XƏBƏRLƏR

 

Astarada  “8 noyabr – Tarixi qələbə – Zəfər günü” adlı tədbir keçirilib. Bu haqda bu gün, 28 oktyabr tarixində M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.

Məktəbin məzunları olan “Vətən müharibəsi” iştirakçıları –  Mayor Rəşad Kərimov, Abbas İbrahimli və qazi Abdulla Cəfərli iştirakları ilə canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı “Qarabağ Azərbaycandır” filmi nümayiş etdirilib.

Görüşün sonunda “Vətən müharibəsi” iştirakçıları döyüş zamanı yaşadıqları acı və xoş təəssüratları bölüşdülər.

Zirvə Astara
Sport

“Zirvə Astara” böyük hesabla qələbə qazanıb

Azərbaycan Basketbol kubokunda iştirak edən “Zirvə Astara” rəqibini meydançaya çıxmağa peşman edib. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az xəbər verir. B qrupunda “Olimpik Şəki” “Zirvə Astara” ilə qarşılaşıb.