SON XƏBƏRLƏR

Astara şəhərində yerləşən Zəfər parkında Astara Dövlət Rəsm qalereyasının əməkdaşları “Azərbaycan əsgəri” adlı açıq sərgi təşkil ediblər. Bu haqda məlumat qalereyanın rəsmi Facebook səhifəsində paylaşılıb.

1400 kv.m sahəsi olan Zəfər parkında Hadrut qəsəbəsinin işğaldan azad olunması ilə əlaqədar təşkil olumuş sərgidə qalereyanın fəal dərnək üzvlərinin çəkdiyi seçilmiş əl işləri nümayiş olunub.

Tədbiri rəssam Firudin Quliyev açıq elan edib. Sərgi Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə keçirilib.

İştirakçılar Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlar haqda danışıb, vətənpərvər igidləri nümünə çəkiblər. Fəal yeniyetmələr vətənpərvərlik mövzusunda molbert üzərində rəsmlər çəkmiş, sonda ən yaxşı əl işləri seçilərək sərgilənib.