SON XƏBƏRLƏR

Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseydə 8 noyabr Zəfər gününə həsr olunmuş müsabiqə keçirilib. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində məktəbin rəsmi Facebook səhifəsində verilib.

“Zəfər Dastanı” adlı online Respublika müsabiqəsinin məktəb turunda şagirdlər şeir və mahnılar ifa ediblər.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilir. Məqsəd Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətini uşaq və gənclərə aşılamaq, gənc nəsildə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, təhsilalanların nitq mədəniyyətinə, bədii ifaçılığa, şeirə, incəsənətə olan marağını daha da artırmaq və onların yaradıcılıq bacarıqlarının inkişaf etməsinə dəstək olmaqdan ibarətdir.

Pensər iki Saylı Məktəb-Lisey Facebook
Pensər iki Saylı Məktəb-Lisey Facebook