Astara Gənclər Evində “KompAs” Tədris və Fərdi İnkişaf Mərkəzi istifadəyə verilib. Bu haqda məlumatı 7 sentyabr Azərtac paylaşıb.
Mərkəz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həmçinin, BMT-nin Miqrasiya Agentliyi və Azərbaycan Hökumətinin birgə həyata keçirdiyi “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində açılıb.
Layihə çərçivəsində Mərkəz 6 kompyuter dəsti, 6 kompyuter masası, printer, projektor, noutbok, elektron tablo ilə təmin olunub.