Astara və Masallı rayonlarında “Nə? Harada? Nə Zaman?” intellektual oyunu üzrə “Zəfər Kuboku” təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində verir.
Belə ki, Zəfər Günü münasibətilə keçirilən oyunda Astarada I yerə “Zəfər” komandası, II yerə “Şuşa” komandası, III yerə isə “Xankəndi” komandası layiq görülüb. Masallıda isə “Zirvə” komandası I yeri, “Vətən” komandası II yeri, “Şuşa” komandası isə III yeri tutub.
Sonda qalib gələn komandalara diplom, kubok və medallar təqdim olunub.
Qeyd edək ki, oyunlar “Yaşasın Azərbaycan” adlı tədbirlər planına əsasən, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.