SON XƏBƏRLƏR

Astaralı müharibə iştirakçısı xatirələrini “Vətənpərvərlik klubunda” gənclərlə bölüşəcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin rəsmi İnstagram səhifəsi verir.

Rüfət Əsədullayev ilə 22 sentyabr saat 11:00-da baş tutacaq görüş Astarada Heydər Əliyev mərkəzində keçiriləcək.

Astaralı gənc “Vətən müharibə”-si zamanı döyüş yoldaşları ilə birlikdə düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqsini məhv ediblər. O, 2016-cı ildə baş tutan “Aprel” döyüşlərinində iştirakçısıdır.

Görüşdə iştirak etmək istəyənlər mərkəzin instagram hesabına müraciət edə bilərlər: @astaragencleri_