SON XƏBƏRLƏR

Astara rayonunun Sım kəndində palçıq və gildən tikilən evlər turistlərin marağına səbəb olur. Bununla bağlı Apa TV videosüjet hazırlayıb.

Ən maraqlısı isə odur ki, bu evlər qadınlar tərəfindən tikilir. Ömrünün 35 ilini  tikintiyə həsr edən Aliyə xanımın sözlərinə görə, bir evin tikilməsi 3 mərhələdə aparılır. Usta deyir ki, hər palçıqdan və torpaqdan evi tikmək olmur. Bunun üçün bəzən palçığı başqa yerdən gətirməyə məcbur olurlar.

Əvvəllər anası, bacıları işləyib, ona köməkçi olub. Sonradan bu işi tək özü görüb. İndi isə oğlu və qızı ona kömək edir.

Aliyə xanım ümid edir ki, oğlu və qızı adət-ənənəni layiqincə davam edib, bu sənəti nəsildən nəslə ötürüb yaşadacaqlar.