Astara rayonu Ş.Əliyev adına Rudakənar kənd ümumi orta məktəbinin şagirdləri “Qızları qoruyaq” şüarı altında maarifləndirici tədbir keçirib. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.
Belə ki, şagirdlər erkən nikaha daxil olmanın qanun pozuntusu və qızlarımızın oxuyub peşə sahibi olmasını təbliğ ediblər. Səhnəcik Azərbaycan dili və ədəbiyyat müəllimi M.Firuzə tərəfindən təşkil olunub.