SON XƏBƏRLƏR

Deyirlər, məktəb ikinci evimizdir. Biz də Cenublu.az komandası olaraq şagirdlərin ikinci evinə çevrilən Astara rayonunun ucqar Sərək kəndində yerləşən məktəb haqda oxucularımıza məlumat vermək istədik.

İlk baxışdan digərlərindən fərqlənməyən bu məktəbdə hər bir şagird özünü doğma evində, yaxınlarının əhatəsində hiss edir. Buna səbəb isə məktəb kollektivinin şagirdlərin fikirlərinə önəm vermələri, onlara doğmaları kimi qayğı göstərmələridir.

Məsələn: bu məktəbdə hər bir şagirdin fikrini öyrənmək üçün şəffaf bir qutu qoyulub və şagird, bəlkə də, üz-üzə deməyə çəkindiyi bir sözü yazıb bu qutuya asanlıqla yerləşdirir. Beləliklə, məktəb hər bir şagirdin təklifini, şikayətini rahatlıqla öyrənir və bu yolda addım atır.

Həmçinin bu məktəbdə yuxarı sinifdə oxuyan şagird qızlar aşağı sinifdə oxuyanlara erkən nikahın fəsadları və onunla mübarizə haqda maarifləndirici söhbətlər aparırlar. Məktəb rəhbərliyi bu üsulun daha effektiv olduğunu düşünür. Əgər böyüklərlə bu mövzu haqda danışanda şagirdlər çəkinirlərsə, öz aralarında bu haqda daha rahat danışıb, bir-birlərinə dəstək ola bilirlər.

Ən maraqlısı isə odur ki, məktəbin kollektivi məktəbyanı ərazidə yetişən meyvələri toplayıb satır. Satışdan əldə edilən pul isə şagirdərin şəxsi ehtiyacları üçün xərclənir – çatışmayan məktəb ləvazimatları, geyimlər və s. əşyalar alınır.

Bu cür mühit, bu qədər sevgi və qayğı içində böyüyən şagirdlər də gələcəkdə özlərinə parlaq gələcək qurub, ölkəmizə və millətimizə xeyirli bir vətəndaş kimi yetişəcəklər.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə