SON XƏBƏRLƏR

 

25 noyabr tarixində Siyaku kənd tam orta məktəbin şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında təşkil olunmuş “Narkomaniya bəşəriyyət üçün təhlükə mənbəyidir” mövzusunda keçirilən sərgini ziyarət ediblər. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.

Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eyni zamanda Prezident İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında və 44 günlük Vətən Müharibəsinə öz töhfəsini verən qəhraman şəhidlərimiz haqqında geniş məlumatlar verib.