SON XƏBƏRLƏR

Astaralı gənclər “Gəncdən gəncə” layihəsi çərçivəsində görüş keçirəcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi paylaşıb.

Astaranın gənc istedadlarından olan rəssam İlahə Ağacanovanın iştirakı ilə keçiriləcək görüş 23 oktyabr saat 11:00-da “ZOOM” platforması vasitəsilə baş tutacaq. Görüşdə rəsm janrları, düzgün rənglərdən istifadə qaydaları və rəssamın əl işləri haqqında məlumat veriləcək.

Qeydiyyat üçün link: https://forms.gle/kyFaawvz5n9VGoXp6