SON XƏBƏRLƏR

Astara Dövlət Rəsm Qalereyası uşaqlar üçün keçirilən “Lidice-2022” 50-ci beynəlxalq uşaq təsviri sənət sərgisində iştirak etməyə dəvət alıb. Bu haqda məlumatı qalereyanın rəsmi Facebook səhifəsi verib.

Sərgi “Muzey” mövzusuna həsr olunacaq. Seçmə mərhələsində işlər münsiflər heyəti tərəfindən iki turda qiymətləndiriləcək. Mükafat alan sənət əsərləri 2022-ci ilin iyun ayından Lidice Qalereyasında keçiriləcək sərgidə nümayiş etdiriləcək. Daha sonra arxivləşdirilmiş 2D rəsm əsərlərinə layiq görüləcək.

Qeyd edək ki, “Lidice-2022” Çexiyada keçirilən, hər il dünyanın hər yerindən minlərlə uşağı bir araya gətirən dünyanın ən böyük sərgilərindən biridir.