SON XƏBƏRLƏR

Astara Heydər Əliyev Mərkəzində 24 fevral saat 15:00-da gənclər üçün “Rəqəmsal gəncliyimiz” layihəsi çərçivəsində görüş keçiriləcək. Bu haqda məlumatı GİKM-in Astara nümayəndəliyi verib.

Layihə çərçivəsində bu mövzular barəsində məlumat veriləcək:

  • “Adobe Premiere Pro proqramından ilkin istifadə qaydaları”;
  • “Plug-in quraşdırma qaydaları”;
  • “Səhnə və rəng effektlərinin düzgün seçilməsi”;
  • “Creative Cloud və digər şablonlardan istifadə qaydaları”;
  • “Yaşıl pərdədən istifadə qaydaları”.

Qeydiyyat üçün link: https://forms.gle/BX89An7BEPLAnR7b8