Astara rayon Rüdəkənar kənd ümumi orta məktəbində “Zəfərin Mübarək Azərbaycan” adlı tədbir keçirilib. Bu haqda məlumatı məktəbin rəsmi Facebook səhifəsi verib.
Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi, Vətən Müharibəsi iştirakçıları və qazilər Məmmədov Orxan, Mirzəyev Vəfadar və Rzayev Mehman iştirak ediblər.
Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin ifasında kompozisiyalar nümayiş olundu. Vətən Müharibəsi iştirakçıları çıxış edərək döyüş təəssüratlarını danışdılar. Daha sonra şagirdlərin ifasında şeirlər dinlənildi. Tədbirdə şagirdlərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi nümayiş edilib. Qalib şagirdlər Fəxri Fərmanla təltif edildi.