24 noyabr – 3 dekabr tarixlərində “Payız Gözəlliyi” adlı onlayn fotomüsabiqə keçiriləcək. Bu haqda məlumatı Astara rayon Gənclər və İdman İdarəsi verib.
İştirak üçün qaydalar:
- Fotomüsabiqəyə yalnız mobil telefonla çəkilən fotolar qəbul edilir;
- İştirakçılar mobil telefonla çəkdikləri fotoları Astara rayon Gənclər və İdman İdarəsinin instagram ünvanına (@astaragii) və ya 050-437-73-16 “Whatsapp” nömrəsinə göndərməlidirlər;
- Fotomüsabiqənin qaliblərinin seçimi Münsiflər heyəti tərəfindən həyata keçiriləcək;
- Fotomüsabiqənin qalibləri Astara RGİİ -nin diplom və hədiyyələri ilə mükafatlandırılacaqlar.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 050-437-73-16
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviqidir.