19 oktyabr Ziya Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbində “Fəal məktəblilər” mövzusunda tədbir keçirilib. Bu haqda məlumat Astara Dövlət Rəsm qalereyasının rəsmi Facebook səhifəsində verilib.
Tədbirdə məktəbin VI sinif şagirdi Hüseyn Elmar oğlu Tanrıverdiyevin əl işlərindən ibarət sərgi nümayiş olunub. Məktəblilərin böyük marağına səbəb olan sərgidə fəal məktəblinin 30-dan çox əl işi sərgilənib. Sonda o, diplomla təltif edilib.
