SON XƏBƏRLƏR

Astarada “Hazır büdcə mühasibi” layihəsinə start verilir. Bu haqda məlumat bu gün, 28 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyi xəbər verib.

Layihə onlayn olaraq Zoom vasitəsilə həftədə iki dəfə (II və V günlər) saat 15:00-17:00-dək olmaqla 2 ay davam edəcək. Son müraciət tarixi 30 sentyabrdır.

Büdcə təşkilatlarında mühasib olmaq istəyən, maliyyə və mühasibatlıq sahəsi üzrə təhsil alan sonuncu kurs bakalavr, magistr və məzunlar bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir.

Qeydiyyat üçün link: shorturl.at/ftA59