Astara Dövlət Rəsm Qalereyasının “Rəssamlıq” dərnəyinin bir qrup fəal üzvü Astara rayon Tarix Diyarşünaslıq Muzeyində ekskursiyada olublar. Bu haqda məlumatı qalereyanın rəsmi Facebook səhifəsi verib.
Ekskursiya “Milli Mədəniyyət” bölməsinə təşkil olunub. Məqsəd xalçaçılıq sənətinə marağın artırılması, xalçaların toxunmasında texniki iş üsullarının öyrənilməsi olub.
Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılması məqsədilə bu cür ekskursiyalar tez-tez baş tutacaq.