25 noyabr – Kəlbəcərin işğaldan azad olunması ilə əlaqədar Astara rayon Mədəniyyət Mərkəzinin foyesində “Qarabağ Azərbaycandır!” devizi altında sərgi keçirilib.
Vətənpərvərlik mövzusunda təşkil olunan sərgidə fəal yeniyetmə və gənclərin milli ruhda çəkdiyi rəsmlər nümayiş olunub.
Qeyd edək ki, Astara şəhər 1 saylı tam orta məktəbin VII-VIII sinif şagirdləri artıq sərgini ziyarət ediblər.