SON XƏBƏRLƏR

10 fevral saat 15:00-da Astara Heydər Əliyev mərkəzində “Hamımız turistik və turizm hər yerdədir” mövzusunda görüş keçiriləcək. Bu haqda məlumatı bu gün, 8 fevral tarixində GİKM-in Astara nümayəndəliyinin rəsmi İnstagram səhifəsi verib.

Görüş Astara Pedagoji kollecinin “Turizm və onun təşkili” fənninin müəllimi Röya Gözəlzadə tərəfindən keçiriləcək. O, aşağıdakı mövzular üzrə məlumat verəcək:

  •       “Turizm haqqında ümumi məlumat”;
  •       “Turizmin maraqlı növləri”;
  •       “Qeyri-ənənəvi turizm müəssisələri”;
  •       “Ölkəmizdə mövcud turizm və potensial turizm”.

Qeydiyyat üçün link: https://forms.gle/wPvBvKrtef7ud6ucA