Astara şəhər F.Əliyarov adına 5 saylı tam orta məktəbin müəllim və şagirdləri Astara rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu haqda məlumatı bu gün, 29 oktyabr tarixində Astara Heydər Əliyev mərkəzinin rəsmi Facebook səhifəsi verib.
Ekskursiya zamanı Astara rayon müəllim və şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, Prezident İlham Əliyevin Astara rayonuna səfərlərini əks etdirən fotoşəkillər və 44 günlük Vətən Müharibəsinə öz töhfəsini verən şəhidlərimiz haqqında geniş məlumat verilib.