SON XƏBƏRLƏR

Astarada “Layihələrin idarə olunması” üzrə təlim keçiriləcək. Bu haqda məlumat bu gün, 9 dekabr tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Beynəlxalq arenada inkişaf edən layihələrin idarə olunması ixtisası dünyanın inkişaf etmiş ölkələrinin ən perspektivli sahəsi sayılır.

Təlim 12 dekabr tarixində saat 11:00-da Astara Heydər Əliyev Mərkəzində baş tutacaq. MOCI-Qafqaz platformasının yeni təlimçisi Şərqiyyə Məmmədzadə tərəfindən keçiriləcək təlimdə aşağıdakı mövzular müzakirə olunacaq:

  • Layihə nədir
  • Layihə menecmenti
  • Layihənin 4 mərhələsi
  • SWOT təhlili
  • Smart hədəflər
  • Layihənin vizyon və missiyası
  • Layihə problemlərinin öhdəsindən gəlmək.

Təlimdə iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.gle/JHrtwvGwkvXgwijz5