SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera mərkəzinin təşkilatçılığı ilə onlayn formatda görüş keçiriləcək. Bu haqda mərkəzin Astara nümayəndəliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Hər gəncimizin bir hekayəsi var” adlı layihə çərçivəsində gənclər bu gün, 10 noyabr saat 19:00-da görüşəcək.

ZOOM platforması üzərindən keçiriləcək görüşdə Zeynəb Məmmədova öz hekayəsini danışacaq.

Zeynəb Astara GİKM könüllüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Taekvondo idman növü üzrə beynəlxalq yarışlarda qələbə qazanıb.

Görüşdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/GdNDqdXU8GZeswsN6