SON XƏBƏRLƏR

Astarada yerləşən gömrük idarəsində xidmət aparan işçilər üçün təlim təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Belə ki, seminar çərçivəsində iştirakçılara malların gömrük sərhədindən keçirilməsi ilə bağlı tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri, gömrük nəzarətinin təşkili, “Yaşıl dəhliz” buraxılış sistemi və ondan istifadə şərtləri, malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu barədə məlumat verilib.

Qeyd edək ki, təlimlərin keçirilməsində məqsəd işçilərin potensialının gücləndirilməsi, onların bilik və bacarıqlarının artırılmasıdır.