SON XƏBƏRLƏR

Astara gənclərinin noyabrın ilk həftəsinə olan fəaliyyət planı açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinə istinadən verir.

Belə ki, 1 noyabr saat 11:00-da “Rəqəmsal gənclik” layihəsi çərçivəsində Astara Peşə Təmayüllü Siniflər üçün “SMM nədir?” mövzusunda təlim olacaq.

3 noyabr saat 11:00-da “Karyeraya yeni baxış” layihəsi çərçivəsində Astara Peşə Təmayüllü Siniflər üçün “Karyera planlaması” mövzusunda təlim baş tutacaq.

4 noyabr saat 15:00-da “Öz layihəni yaz” layihəsi çərçivəsində “Layihə ideyasının formalaşdırılması” mövzusunda təlim keçiriləcək.