Astarada gənclər arasında intellektual yarış keçirilib. Bu haqda bu gün, 25 yanvar tarixində Cenublu.az Astara rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
“Heydər Əliyev – 100” adlı yarışma Astara Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Yarışda “Zirvə” (Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatı), ”Zəfər” (Peşə Təmayüllü Siniflər), ”Xəmsə” (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) və ”Güvən” (Astara Hazırlıq Mərkəzi) komandaları iştirak ediblər.
I yerə ”Xəmsə” (GİKM-in Astara nümayəndəliyinin könüllüləri) komandası layiq görülüb. Yarışda qalib və fərqlənən komandalara Astara RGİİ və GİKM-in Astara nümayəndəliyinin diplom və hədiyyələri təqdim olunub.