SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Astara “Gənclər evi” sosial xidmət müəssisəsinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Namizədlərə olan tələblər:

  • ali təhsil;
  • gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
  • yaş həddi 35-dək;
  • minimum 1 xarici dil bilmək.

Təqdim ediləcək sənədlər:

  • CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • ali təhsil haqqında diplomun surəti.

Sənədlər 27 sentyabr 2022-ci il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət olunan vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir. Əvvəlki müsahibələrdə iştirak edən şəxslər təkrar müsahibədə iştirak edə bilməzlər.

 

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər