SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi 31 yanvar-6 fevrala olan həftəlik planı təqdim edib.

Belə ki, 2 fevral saat 14:00-da Azərbaycan Gəncləri günü ilə bağlı tədbir keçiriləcək. Saat 19:00-da “Kitabların izində” layihəsi çərçivəsində Şəmil Sadiq ilə onlayn görüş baş tutacaq.

3 fevral saat 15:00-da “Gəncdən gəncə” layihəsi çərçivəsində könüllü Nigar Əbilova uğurlarını gənclərlə bölüşəcək.

6 fevral tarixində “Şəxsi inkişaf” təlimləri çərçivəsində Səadət Ağayeva ilə onlayn görüş keçiriləcək.