Astaralı gənclər “Təcrübə üçün səfər et” layihəsi çərçivəsində Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya ediblər. Bu haqda məlumatı bu gün, 20 noyabr tarixində Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi paylaşıb.
Ekskursiya zamanı gənclər müəssisə haqqında ətraflı məlumat alıb, mərkəzin iş prinsipi ilə yaxından tanış olublar.