SON XƏBƏRLƏR

Astara GİKM gənclərin sahibkarlıq savadının artırılması məqsədi ilə təlim təşkil edəcək. Bu haqda məlumat bu gün, 25 yanvar tarixində Astara Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində keçirilən görüşdə təlimçi qismində Ülkər Əliyeva çıxış edəcəkdir. Astara Pedaqoji Kollecinin iqtisadiyyat müəllimi gənclərə aşağıdakı mövzular haqqında məlumat verəcək:

  • Sahibkarlıq nəzəriyyəsi;
  • Sahibkar kimdir?;
  • Biznes ideyalarının formalaşdırılması;
  • Biznes planın yazılma qaydası;
  • Sahibkarlara dövlət tərəfindən göstərilən dəstək.

Təlim 28 yanvar saat 15:00-da Astara Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qeydiyyat keçmək üçün link: https://forms.gle/LicjEDgVtwbCvTGL7