Astaralı gəncləri üçün bu həftə 18-25 oktyabr tarixində həftəlik plan təqdim olunub. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.
Belə ki, bazar ertəsi saat 15:00-da “Mülki müdafiə” – FHN-nin Astara Dövlət Yanğından Mühafizə Hissəsinə səfər nəzərdə tutulub. Daha sonra “Vətənpərvərlik klubu” çərçivəsində Heydər Əliyev muzeyinə ekskursiya baş tutub.
Çərşəmbə axşamı saat 15:00-da “ZəfərimiZ” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Nail Orucovun evinə ziyarət olacaq.
Çərşəmbə saat 15:00-da “Start it” layihəsi çərçivəsində Microsoft Poüer programı üzrə təlim olacaq.
Cümə axşamı saat 17:00-da “Çoxbilmiş” və “Start it” layihələri çərçivəsində sosial şəbəkələrin hekayə bölməsində yarış keçiriləcək.
Cümə günü saat 17:30-da “Mən Qarabağam” layihəsi çərçivəsində işğaldan azad olunmuş rayonlar barədə təqdimat baş tutacaq.
Şənbə günü saat 11:00-da “Gəncdən gəncə” layihəsi çərçivəsində rəssam İlahə Ağacanova ilə görüş keçiriləcək.