SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi bu gün, 6 dekabr tarixində 6-12 dekabr aralığı həftəlik planı təqdim edib.

Belə ki, 8 dekabr saat 15:00-da “Gənc tədqiqatçılar” layihəsi çərçivəsində təcrübəçi Bəhmən Mikayılov tərəfindən “Sosial sahibkarlıq nədir və nə zaman yaranıb?” mövzusunda təlim baş tutacaq.

9 dekabr saat 15:00-da “Ulu öndər və gəncliyimİZ” layihəsi çərçivəsində “Heydər Əliyev İrsi” mövzusunda təqdimat, 10 dekabr saat 12:00-da isə “GəlSƏN” layihəsi çərçivəsində Astara şəhər 5 saylı tam orta məktəb şagirdləri ilə görüş.

Bazar günü, 12 dekabr saat 10:00-da “Ulu Öndər və gəncliyimİZ” layihəsi çərçivəsində Heydər Əliyevin abidəsi ziyarət olunacaq, saat 11:00-da isə “Layihələrin idarə olunması” mövzusunda təlim keçiriləcək.

Dünyaca məşhur aşpaz
Sizi maraqlandıran

Dünyaca məşhur aşpaz Masallıda hind quşu ləvəngisi bişirdi

Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir. “Azərçay”ın dəstəyi ilə Novruz