SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyinin gəncləri dünyaca məhşur muzeylərə səyahət edəcəklər. Bu haqda məlumat bu gün, 2 dekabr tarixində nümayəndəliyin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Pəncərəmdən dünyaya” layihəsi çərçivəsində gənclər Perqam, Altes, Alte Nationalgalerie, Bode, Neues, Təbiət Elmləri, Rok və Pop, Alman, Conditorei, Mercedes-Benz muzeylərinə virtual səyahət edəcəklər.

3 dekabr saat 16:30-da baş tutacaq ekskursiya zamanı Almaniyada yerləşən müzeylərdə olan eksponatlar haqda ekspertlər ətraflı məlumat verəcəklər.

Görüşdə iştirak etmək istəyənlər aşağıda qeyd olunmuş linkdən qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/6N7xXrabwCzphr9c6